Tanınmış jurnalist Dövlət Komitəsində vəzifəyə təyin olunub

Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində vəzifəyə təyin olunub.

Modern.az-ın məlumatına görə, C.Quliyev Dövlət Komitəsində sektor müdiri vəzifəsinə təyinat alıb.

C.Quliyev əvvəllər “Paritet” qəzetinin baş redaktoru, Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Cəmaləddin Quliyev son vaxtlar İran, Türkiyə, Şimali Afrika, Orta Şərqlə bağlı KİV-lər üçün çoxsaylı analitik yazılar və şərhlərlə diqqəti cəlb edirdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.