Messi və komanda yoldaşlarının Bakıda fanatlarla görüşü başlayıb- FOTOLAR

ABŞ-nın “Inter Miami” futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakı Kristal Zalında fanatları ilə görüşünə həsr olunan əyləncəli mərasimin açılışı olub.

Tədbirin aparıcısı Murad Dadaşovun dəvəti ilə əvvəlcə səhnəyə “Natiq” ritm qrupu çıxıb.

Onların çıxışından sonra müğənni Willy Williams səhnədə görünüb.

Fanatlar onun ifalarını çoşğu ilə qarşılayıblar(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.