“Qarabağ” İsveçdə məğlub olub –UEFA Avropa Liqası

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri İsveçdə “Elfsborq”la üz-üzə gəlib.

“Boras” arenada baş tutan görüş qarşılıqlı hücumlar şəriatində keçib. Hesab ikinci yarıda açılıb. Meydan sahibləri Ahmed Qaşemin vurduğu qolla önə keçib.

Bundan sonra ağdamlılar hücumlarını artırsalar da, bərabərliyə nail ola bilməyiblər.

Bununla da, artıq “Qarabağ”ın pley-off şansları möcüzəyə bərabərdir. Düzdür, riyazi olaraq komandanın “24-lüy”ə düşmək ehtimalı var. Amma bu, çox cüzidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.