Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • Baş Yazı

Vəsiyyətini yazıb, 34 günlük körpəsini qoyub Şuşa döyüşlərə gedən qəhrəman

Orkhan Ali 29 Noyabr 2025 - 11:42 (Last updated: 29 Noyabr 2025 - 09:46)
1

İnsan ona verilən ömürü müxtəlif məqsədlər üçün sərf edir. Amma öz həyatını müqəddəs amal uğrunda qurban vermək heç də hər kəsə nəsib olmur. 90-cı illərin əvvələrində yenicə müstəqillik əldə etmiş Azərbaycanın başının üstünü qara buludlar alanda vətənin qeyrətli oğul və qızları ayağa qalxdılar. Əlbəttə, 20 yanvar hadisələrindən sonra şəhidlik məktəbinin dirilməsi mübarizənin əsasını qoymuşdu.

Minlərlə gənc könüllü olaraq yenicə formalaşmış Milli ordu sıralarına yazılır və ön cəbhədə düşmənlə döyüşlərə yollanırdı.

Qarabağ uğrunda canlarını fəda etmiş minlərlə şəhid, bu günə qədər də taleyi naməlum qalan yüzlərlə soydaşımız var. Bu gün də “Məzarı belə olmayan şəhidlərin” yolunu gözləyənlər, onların nə zamansa doğma ocağa qayıtması ümidi ilə yaşayanlar var.

Təyyar cəbhəyə gedəndə cəmi 10 ay imiş ki, ailə qurubmuş, övlad gözləyirmiş. Qızı dünyaya gələndən sonra onu görmək üçün evə qayıdır. Amma bir gün sonra yenidən cəbhəyə dönür. Doğumundan 34 gün sonra qızı Samirə atasız qalır.

Təyyar Şuşanın işğalı günü ön cəbhəyə yollanır. Amma ağır döyüşdən sonra geri qayıtmır. Bu günə qədər də haqqında dəqiq bir məlumat yoxdur.

Təyyarın qızı Samirə atasız böyüyür. Amma hər zaman anasında və əmisindən atsının xəbər alır. Atasının şəhid olma xəbərini qızından uzun müddət gizldirlər.

Təyyar Ağayev şəhidliyə doğru getdiyini özü əvvəlcədən bilib. Çünki getməmişdən əvvəl vəsiyyətnamə də yazıb. Ailəsi, qardaşları, dostlarına olan vəsiyyətini bir-bir bu dəftərə köçürüb. Qardaşı bu vəsiyyətnaməni uzun müddət gizli saxladığını deyir. Yolunu gözləyən həyat yoldaşı və qızını bundan xəbərdar etmir.

Ailəsi Təyyarın ölümü ilə bu gün də barışmır. Hər an onun yolunu gözləyirlər. Bir gün qayıdacağı ümidi ilə yaşayırlar.

AzPost Mübarizim prodakşn tərəfindən çəkilmiş “Vəsiyyətini yazıb cəbhəyə gedən şəhid – Təyyar Ağayev” filmini təqdim edir:

 

AzPost.az

Post navigation

Previous: BAKI 120 İL ƏVVƏL: İndiki “Azneft”, “Baksovet” və İçərişəhərdə gəzən bakılılar
Next: Ukrayna Krasnodarda böyük neft zavoduna zərbə endirib

Oxşar xəbərlər

abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
ilham zefer plakat
  • Baş Yazı

Azərbaycanda Zəfər Günüdür

User 08 Noyabr 2026 - 00:18
erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.