Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • AzPostMedia
  • Baş Yazı

Su Melorasiya xidməti 275 min manata lüks maşın aldı

Orkhan Ali 14 Yanvar 2025 - 15:16 (Last updated: 21 May 2025 - 20:15)
azersu

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsinin “Xidməti yolsuzluq avtomobili”nin satın alınması ilə bağlı elan etdiyi tender yekunlaşıb.

AzPost xəbər verir ki, bu barədə Dövlət satınalmalarının vahid internet portalında rəsmi məlumat verilib. Tenderin qalibi “Ramma” Qapalı Səhmdar Cəmiyyəti olub. Publik hüquqi şəxs Səhmdar Cəmiyyətə 1 ədəd avtomobilin alınması üçün 275 min manat pul ödəyib.

Qeyd edək ki, satın alınmış avtomobilin göstəriciləri də elan edilib. Belə ki, xidməti yolsuzluq avtomobilinin markası açıqlanmasa da buraxılış ili 2024, ban növü SUV, yanacaq növü benzin, at gücü minimal – 425, start-stop, twin -turbo ilə təchiz olunmuş, oturacaqların sayı minimal 8, qapı sayı 5, dönmə anı minimal 700 Nm, mühərrik minimal 3.5 L, silindirlərin sayı minimal 6, ən full komplektasiya ilə təchiz olunub. Adaptasiya olunmuş hava asqıları, elektron düymə dəyişdiricisi, minimal 6 növ sürüş rejimi, ProPilot sistemi və ya ekvivalenti, avtomatik qəza əyləci, ön proqnoz toqquşma xəbərdarlığı, monolit ekran, head up displey, simvolik gölməçə lampası, masaj oturacağı və 4 tərəfə bel hissəsinin oturacağının tənzimlənməsi, yaddaş funksiyası, çoxrəngli salon işıqları, biometrik soyutma, hava filtr və ionizatör, oturacaqların qızdırılması və ventilyasiyası, premium dəri örtüyü, premium audio sistem klipsch və ya ekvivalenti, ağıllı kruiz kontrol, elektriklə tənzimlənən sükan çarxı, 3-cü sıra elektrikli oturacaqlar, arxa oturacaqların əyləncə sistemi, panoramik lyuk avtomobilin texniki göstəricilərinə daxildir.

Qeyd edək ki, tenderin qalibi olan “Ramma” Qapalı Səhmdar Cəmiyyəti 2010-cu ilin dekabr ayında təsis olunub. Rəsmi distributoru olduğu dünyaca məşhur brendlərin istehsalçısı kimi tanınan Rostselmash,Klever,Shantui və Solis şirkətlərinin istehsalı olan texnika və avadanlıqların ölkəyə idxal olunaraq satışını həyata keçirir. Şirkət ölkədə fəaliyyət göstərən “Aqrolizinq” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Metropoliteni” QSC kimi dövlət və qeyri dövlət müəssisə və təşkilatların keçirdiyi bir sıra iri layihələrin iştirakçısı olub. Ləğv olunmuş “Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC ilə arasında əldə olunan razılaşmaya əsasən ölkəyə gətirilən texnika və avadanlıqların təhvil təslimini, sonrakı mərhələlərdə isə onlara davamlı olaraq texniki xidmət göstərilməsini və gələcəkdə ehtiyat hissələri ilə təmin olunmasını öz üzərinə götürüb.

Post navigation

Previous: Qastrit nəyə səbəb olur? Müalicəsi necədir? –
Next: “Təyyarənin “qara qutu”su çox maraqlı məlumatlar verib” –

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54
Astroloji proqnoza görə, üç bürcün həyatında müsbət dəyişikliklər başlayacaq. Əqrəb mövsümünün başlaması ilə onlar istəklərinə çatmaq üçün...
Read more about Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək
ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi dollar02
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu rekord həddə çatdı – 40,5 trilyon dolları keçdi

User 28 Oktyabr 2026 - 14:44
Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb? market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
Bu məşqlər onurğaya zərər verə bilər – Neyrocərrahdan xəbərdarlıq onurqa
  • Maraqlı

Bu məşqlər onurğaya zərər verə bilər – Neyrocərrahdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 14:19
İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.