Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

Əqli mülkiyyət hüququ haqda məlumatlandırma keçirilib

Orkhan Ali 28 Yanvar 2025 - 17:46 (Last updated: 21 May 2025 - 20:15)
Əqli mülkiyyət

Əqli mülkiyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ölkəmizdə yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını, elm xadimlərini və b. intelektual  sahiblərini əqli mülkiyyət hüququ haqda məlumatlandırmaqla onların yaradıcılıq potensialını gücləndirmək, maddi-mənəvi təminatına kömək etmək, intelektual yaradıcılıq məhsullarını maddi və sosial vəziyyətin yüksəldilməsinə yönəltmək məqsədi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması”  layihəsinə maliyyə vəsaiti ayırmışdır. 

İlk tədbir ziyalıların və yaradıcı şəxslərin çox olduğu Gəncə şəhərində keçirilmişdir. Yazıçılar Birliyinin, Bəstəkarlar İttifaqının, Rəssamlar İttifaqının üzvlərinin, Elmlər Akademiyasının Gəncə şöbəsinin əməkdaşlarının, Gəncədə olan ali təhsil müəssisələrinin müəllimlərinin və b. ziyalıların iştirak etdiyi tədbirdə təlimçilər, AR Mədəniyyət və İncəsənət universitetinin hüquqşünası Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev Azərbaycan dövlətinin əqli mülkiyyət sahiblərinə göstərdiyi qayğıdan, bu sahədə qəbul olunmuş qanunvericilik aktlarından, yaradıcı şəxslərin hüquqlarından, onların müdafiə mexanizmdən məlumatlandırma aparmış, praktik bilik və bacarıqlar haqda təlim keçmişlər.

Bu günlərdə 90 yaşı tamam olacaq qocaman yazıçı Qərib Mehdi ilk dəfə olaraq iştirak etdiyi belə təlimin çox faydalı olduğunu, yaradıcı şəxslərə stimul verdiyini, yaradılan əsərlərin həm də maddi rifah mənbəyinə çevrilməsinə kömək etdiyini vurğuladı.

İnteraktiv qaydada keçirilən tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı. İştirakçılara hüquqi normativ sənədlərin surətləri paylanıldı.

Post navigation

Previous: Qadın mobil telefonu udub öldü
Next: Ramiz Rövşəndən ikinci ev iddialarına – Cavab

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.