Xanhüseyn Kazımlının qızı deputatlığa namizədliyini irəli sürüb

xanhuseyn qizi

Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlı qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılmayacaq.

Amma əvəzində o, qızının namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən fərdi namizəd kimi irəli sürüb.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Dairə Seçki Komissiyası ilə əlaqə saxlayıb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən saytımıza bildirilib ki, Xanhüseyn Kazımlının qızı sənədlərini DSK-ya dünən təqdim edib: “Əsli Kazımova deputatlığa namizəd olmaq üçün sənədlərini dünən təqdim edib”.

Qeyd edək ki, Xanhüseyn Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir