Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Çindən Trampa qarşı cavab addımı –

User 04 Fevral 2025 - 12:56 (Last updated: 21 May 2025 - 20:15)
çin-abs

Çindən Trampa qarşı cavab addımı

Rəsmi Pekin ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara əlavə 10 faizlik verginin tətbiq edilməsi qərarına qarşılıq verib.

AzPost “The Associated Press“-ə istinadən xəbər verir ki, Çinin Ticarət Nazirliyi ABŞ-dən gələn kömür və maye təbii qaz (LNG) məhsullarına 15 faiz, xam neft, kənd təsərrüfatı maşınları və böyük həcmli avtomobillərə isə 10 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Qeyd olunub ki, yeni tariflər fevralın 10-da qüvvəyə minəcək.

Ticarət Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, “ABŞ-nin birtərəfli tarif artımı Ümumdünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur. Bu, yalnız öz problemlərini həll etməyə kömək etməməklə yanaşı, Çin ilə ABŞ arasındakı normal iqtisadi və ticarət əməkdaşlığına da zərər verir”.

Prezident D.Trampın Çindən idxal olunan mallara 10 faizlik tarifin tətbiq olunması qərarı fevralın 4-dən qüvvəyə minir.

“Reuters”in xəbərinə görə isə, Çin “Alphabet Inc”in (GOOGL.O) “Google” şirkətinin antiinhisar qanunlarını pozması şübhəsi ilə istintaq başlatdığını, “Calvin Klein” də daxil olmaqla bir sıra brendlərin sahibi olan “PVH Corp” və ABŞ-nin biotexnologiya şirkəti “Illumina”nı “etibarsız təşkilatlar” siyahısına daxil etdiyini bildirib.

Çin Ticarət Nazirliyi və Gömrük İdarəsi ayrıca olaraq “milli təhlükəsizlik maraqlarını qorumaq” məqsədilə volfram, tellurium, rutenium, molibden və ruteniumla əlaqəli məhsullar üzərində ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. Təmiz enerji keçidi üçün kritik əhəmiyyət daşıyan bu nadir metalların qlobal təchizatında Çinin payı böyükdür.

Post navigation

Previous: ABŞ-da deportasiya əleyhinə etiraz aksiyaları keçirilir –
Next: 7 yaşlı uşağın anası onun qətlini gizlətməkdə ittiham olunur

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06
parle ermeni
  • Dünya

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

User 28 Oktyabr 2026 - 13:54
bolsunaro
  • Dünya

Seçkidə məğlub olan Bolsonaro Braziliyadan qaçdı – ABŞ sığınacaq verəcək?

User 28 Oktyabr 2026 - 10:36

xƏBƏR

israil
  • Dünya

İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir

User 28 Oktyabr 2026 - 14:06
İsraildə 26-cı çağırış Knessetə keçirilən seçkilərdə bülletenlərin 70,7 faizinin hesablanmasının nəticələri ölkədə dərin siyasi dalanın davam etdiyini...
Read more about İsraildə seçki dalanı – Netanyahu lazım olan 61 mandatı qazana bilmir
Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA geznti
  • Maraqlı

Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA

User 28 Oktyabr 2026 - 13:59
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib parle ermeni
  • Dünya

Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

User 28 Oktyabr 2026 - 13:54
2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər 1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.