Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Bakıda II İohann Pavel adına kilsə tikiləcək

Orkhan Ali 10 Fevral 2025 - 23:03 (Last updated: 21 May 2025 - 20:15)
II İohann Pavel

II İohann Pavel

Bakıda Roma papası II İohann Pavel adına katolik kilsəsi inşa ediləcək. AzPost-un məlumatına görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC layihə-smeta sənədlərinin hazırlanmasına start verib.Bu işlər üçün 655 min manat xərclənməsi nəzərdə tutulur. Layihələndirmə çərçivəsində kilsənin tikiləcəyi ərazinin topoqrafiyası aparılacaq, geoloji işlər həyata keçiriləcək və şəhərsalma əsaslandırılması hazırlanacaq.

Xatırladaq ki, II İohann Pavel 1920–2005-ci illərdə yaşayıb.

Tarix:

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavelin Azərbaycana rəsmi səfəri başa çatdıqdan sonra təntənəli yolasalma mərasimində söhbəti- 23 may 2002-ci il

Vatikan dövlətinin başçısı II İohann Pavel və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Binə beynəlxalq hava limanına gəldilər.

Azərbaycanın və Vatikanın dövlət bayraqları ilə bəzədilmiş Binə hava limanının binasında Roma papasının iri portreti asılmışdı.

Ali qonağın şərəfinə hava limanının uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Vatikan dövlətinin başçısı II İohann Pavelə və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə raport verdi.

Prezident Heydər Əliyev və Roma papası II İohann Pavel üçüş meydanında qurulmuş xüsusi tribunada əyləşdilər.

Hərbi orkestrin ifasında Vatikanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Yolasalma mərasimində iştirak edən Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dini konfessiyaların başçıları, Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavellə, ali qonağı səfərdə müşayiət edən şəxslər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə mehribancasına sağollaşdılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Roma papasına onun ölkəmizə rəsmi səfərini əks etdirən fotoalbom təqdim etdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Milli geyimli uşaqlar II İohann Pavelə gül-çiçək dəstəsi təqdim etdilər.

Heydər Əliyev: Sizə çox təşəkkür edirəm. Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdarlıq edirəm, səfəriniz çox yaxşı keçdi. Mən çox məmnunam. Sizin səfəriniz Azərbaycanda çox yaxşı qarşılanmışdır. Siz gördünüz, bu gün Sizinlə görüşməyə nə qədər adam gəlmişdi. Sizin səfərinizə çox böyük maraq var. Bir daha Sizə təşəkkür edirəm, işlərinizdə uğurlar, cansağlığı və yaxşı yol arzulayıram.

II İohann Pavel: Bakıya səfərimin yüksək səviyyədə təşkil olunmasından məmnun qaldığımı bildirirəm. Mənə göstərilən qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel ilə təyyarənin pilləkəni yanında səmimiyyətlə sağollaşdı.

Roma papası Azərbaycan Dövlət Hava Yolları Şirkətinə məxsus xüsusi təyyarə ilə Bolqarıstana yola düşdü.

Post navigation

Previous: “Qumar kralı” Şəkili Yusifin əmlakları ilə bağlı ilginc iddia
Next: Üç polkovnikə vəzifə verildi

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. Təbrikdə deyilir: “Hörmətli radio və televiziya işçiləri, Azərbaycan...
Read more about Prezident televiziya və radio işçilərini təbrik edib
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.