ABŞ Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparacaq

ABŞ Rusiya və Ukrayna
ABŞ Rusiya və Ukrayna

ABŞ Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparacaq

ABŞ Səudiyyə Krallığında planlaşdırılan görüşdən əvvəl Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparacaq.

AzPost bildirir ki, bu barədə NBC News məlumat yayıb.

Telekanal xəbər verir ki, ABŞ  əvvəlcə Rusiya və Ukrayna nümayəndələri ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparmaq, sonra isə birgə görüş təşkil etmək niyyətindədir.

Telekanalın mənbəsinin sözlərinə görə, bununla da Vaşinqton hər iki tərəflə dialoqda bərabər iştirak nümayiş etdirir.

“Biz ölümlərə son qoymağa və davamlı sülhə nail olmağa çalışırıq”, – mənbə nəşrə bildirib.

Eyni zamanda o, Ukrayna nümayəndə heyətinin Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Rusiya görüşünə dəvət olunmadığını vurğulayıb.

 

Qeyd edək ki, ABŞ-nin nümayəndə heyəti Ukraynadakı müharibə ilə bağlı Rusiya rəsmiləri ilə görüşmək fevralın 16-da Səudiyyə Ərəbistanına yola düşüb.

Bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib. Uitkoff əlavə edib ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uatz da görüşdə iştirak edəcək.

Danışıqlarda Ukrayna nümayəndələrinin iştirak etməyəcəyi qeyd olunur.

O, Ukraynanın danışıqlar prosesinin bir hissəsi olduğunu vurğulayıb, lakin təfərrüatları açıqlamayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.