Ödənişli yoldan istifadə edənlər üçün yenilik

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür. 

AzPost xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Onlayn balans artırmaq üçün:

1. www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.

2. “Balans artırma” bölməsini seçin.

3. Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.

4. “Mənim səhifəm” bölməsindən “Etiket vəziyyəti” alt bölməsinə keçid edin.

5. “Balans artırma” bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür.

Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

Ödənişli yoldan istifadə etmək üçün “Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.