Britaniya Baş naziri və Makron ABŞ gedir

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron yaxın zamanlarda ABŞ-a səfər edəcəklər.

AzPost  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.

“Kir Starmer tezliklə Birləşmiş Ştatlara gələcək. Səfər ola bilsin ki, bazar ertəsi baş tutsun”, – deyə Donald Tramp Böyük Britaniya Baş nazirinin səfərinin tarixi ilə bağlı sualı cavablandırarkən bildirib.

ABŞ dövlət başçısının sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron da yaxın vaxtlarda ABŞ-a səfər edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.