Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərbaycan dili” dərdi, yoxsa “stəkanda fırtına”?

User 21 Fevral 2025 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
ana dili
Azərbaycan dili haqqında açılan müzakirələr qəribədir.
Azərbaycan ədəbi dili çox çətinliklə formalaşıb. XX əsrin əvvələrində, çar Rusiyası dövründə Azərbaycan dili çox bərbad, heç bir ədəbi dil normaları olmayan xalq dili statusunda idi. Rusiya imperiyası özü də bunun marağında idi.
Mirzə Cəlilin “Anamın kitabı”nı xatırlayın.
Azərbaycan dili sovet hakimiyyətindən Azərbaycana qalan ən böyük və uğurlu mirasdan biridir.
Burada görkəmli dilçilərmiz Ömər Faiq Nemanzadə, Salman Mümtaz və digərlərinin misilsiz xidmətləri var.
Ədəbi dil xalqın təşəkkülünü subut edir, onun vahidliyini təcəssüm etdirir və dövlət quruculuğu potensialını göstərir.
Bu gün açlan müzakirələr isə tragikomediyadır.
Akademik elmi dairələrin müzakirə mövzusu olan bir məsələ dəxli olmayan adamların sayəsində ucuz şorba kimi paylanır.
Azərbaycan dili haqqında nə üçün Ayaz Salayev efirə çıxarılır? Danışdırlır?
Azərbaycan kinosu əvəzinə Azərbaycan dilindən danışan görkəmli kinorejissoru nə üçün urvatsız etməyə çalışırıq?
Məqsəd nədir?
Azərbaycan dili türk dillərindən biridir. Buna kim etiraz edir?
Amma Azərbaycan ədəbi dili özünün qrammatik sistemi, sintaksisi, vurğu, şəkilçisi, morfoloji sistemi ilə Azərbaycan xalqının rəsmi dilidir.
Bura Türkiyə türkcəsindən ayrı-ayrı sözlər keçə bilər. Bu, normadır. Vaxtilə yazıçı Mehdi Hüseyn “bu baxımdan” ifadəsini Türkiyədən götürərək Azərbaycan dilinə bağladı. Çox da uğurla alındı.
Amma heç bir halda dilin qrammatik sistemi təhlükə altına düşməməlidir.
Qonşu İranda yaşayan 30 milyonluq azərbaycanlı soydaşlarımza baxın. Onların ədəbi dili formalaşmayıb, ona görə də müxtəlif ərazilərdə müxtəlif şivə və vurğularda danışırlar.
Bu da, xalqın toparlanmasına mane olan ciddi faktordur.
Azərbaycan Respublikasında isə rəsmi ədəbi dilin normaları bütün ölkə üzrə tələb olunandır. Şimaldan tutmuş Cənuba qədər vahid orfoepiya və sintaksis, Ahəng qanunu, vurğunu yönəldir.
Azərbaycan məktəblərində dərs deyən 10 minlərlə müəllim ədəbi dilin qaydalarını bu sistem üzrə şagirdlərə öyrədir. Azərbaycan ədəbiyyatı hazırkı ədəbi dil üzrə yazılır, incəsənət bunun üzərində durur.
Ölkənin daha vacib problemləri qala-qala “stəkanda fırtına” cəhdləri qüssəli mənzərə yaradır.
Xaqani SƏFƏROĞLU

Post navigation

Previous: Toyuq şorbası yeyən uşaq ölümdən döndü
Next: Dövlət Mülki Aviasiya Agentliyi publik hüquqi şəxsə çevrildi –

Oxşar xəbərlər

Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
corek
  • Sosial

Çörək alarkən bu 3 məqama baxın – Bu yazı sizi aldada bilər

User 26 Oktyabr 2026 - 14:00
yap sedr
  • Sosial

DTX YAP-ın Balakən təşkilatının sabiq sədrini həbs edib

User 26 Oktyabr 2026 - 13:53

xƏBƏR

aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Bir uşağın böyüməsi təkcə ərzaq və geyim almaqdan ibarət deyil. Bağça, məktəb, nəqliyyat, dərman, dərnəklər və il...
Read more about Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.