Makron dördüncü dəfə Zelenskiyə zəng vurub

Fransa prezidenti Makron Ukrayna lideri Zelenski ilə telefonla danışıb.

AzPost bildirir ki, Makron bu barədə X platformasında qeyd edib.

“Prezident Zelenski ilə daha bir telefon danışığım oldu, bu son həftədə dördüncü telefon danışığımızdır. Biz Ukraynada davamlı sülhə nail olmaq və Avropa təhlükəsizliyini gücləndirmək öhdəliyi götürən avropalı tərəfdaşlar və müttəfiqlərlə olan bütün əlaqələri nəzərdən keçirdik.

Biz növbəti addımlara hazırlığı və xüsusən də gələn həftə Vaşinqtona səfərimi müzakirə etdik” -deyə Emmanuel Makron bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.