ABŞ BMT-də Ukrayna ilə bağlı “anti-Rusiya” qətnaməsini dəstəkləmir-AÇIQLAMA

ABŞ BMT
ABŞ BMT

ABŞ BMT-də Ukrayna ilə bağlı “anti-Rusiya” qətnaməsini dəstəkləmir

ABŞ BMT Baş Assambleyasının Ukrayna ilə bağlı “anti-Rusiya” qətnamə layihəsini dəstəkləmir və onu geri çəkməyə çağırır.

AzPost bildirir ki,bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Doroti Şibildirib.

O, Ukraynanın təqdim etdiyi qətnamə layihəsini Amerikanın “neytral” sənədinin (Rusiyanın Ukraynaya təcavüzünü pisləmədən) xeyrinə səsvermədən çıxarmağa çağırıb.

“Bu gün bizə BMT-yə üzv olan bütün dövlətlərin müharibəyə son qoyulması öhdəliyini tanıyan qətnaməyə ehtiyacımız var. ABŞ-ın təqdim etdiyi qətnamə layihəsi məhz bunu edir.

Layihəmiz münaqişənin tez bir zamanda dayandırılması ilə yanaşı, Ukrayna ilə Rusiya arasında davamlı sülhün bərqərar olmasına çağırır. İndi ehtiyac duyulan budur və biz bütün üzv dövlətləri, o cümlədən Ukrayna və Rusiyanı bu səylərdə bizə qoşulmağa çağırırıq”, o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.