PKK Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını bəyan edib

PKK Türkiyəyə
PKK Türkiyəyə

PKK Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını bəyan edib

Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə dövlətinə qarşı silahlı mübarizəsini dayandırdığını elan edib.

AzPostHurriyet“ə  istinadən bildirir ki, bu barədə PKK-nın bəyanatında deyilir.

Bu qərar 1999-cu ildən Türkiyədə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın müvafiq çağırışından sonra verilib.

“Biz Öcalanın çağırışının məzmunu ilə razıyıq və bəyan edirik ki, biz də öz tərəfimizdən bu çağırışın tələblərini yerinə yetirəcəyik. Bu gündən qüvvəyə minən atəşkəs elan edirik”, – PKK-nın bəyanatında deyilir.

Öcalan cümə axşamı deyib ki, o, insanları silahı yerə qoymağa çağırdığına görə “tarixi məsuliyyəti” öz üzərinə götürüb. “Bütün silahlı qruplar silahlarını yerə qoymalı və PKK özünü buraxmalıdır”, – kürd lider yoldaşlarına müraciətində deyib.

O, PKK-nı qurultay keçirməyə, dövlət və cəmiyyətə inteqrasiya ilə bağlı qərar verməyə çağırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.