Ramazan ayı Azərbaycanda ildə iki dəfə qeyd olunacaq- TARİX

Ramazan ayı
Ramazan ayı

Müqəddəs Ramazan ayı İslam dinində digər aylarla müqayisədə fərqlənir. AzPost iqtisadiyyat.az-a istinadən xəbər verir ki, dinə görə bu ayda müsəlmanlara oruc tutmaq – gün çıxandan gün batana qədər qida qəbulundan imtina etmək, eləcə də digər qadağalara əməl etmək vacib buyurulub.

Ramazan ayı niyə hər il fərqli tarixlərdə başlayır?

Orucluq ayı kimi tanınan bu ay hicri-qəməri təqvimində Ramazanın 1-də başlayır. Amma bu müqəddəs ayın başladığı gün miladi təqvimdə fərqli tarixlərə təsadüf edə bilir. Çünki hicri-qəməri ilə miladi təqvimlərindəki ilin uzunluğu arasında gün fərqi var.

Hicri-qəməri təqvimi İslam peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etməsi vaxtından başlanır. Hicri təqvimində günlər ayın vəziyyətinə görə təyin edilir. Bu təqvim 12 aydan ibarət olsa da, aydakı günlərin sayı 29 və ya 30 olur. Miladi təqvimdə bir il 365, hicri təqvimdə isə 354 gün olaraq hesablanır.

Hicri-qəməri ili Miladi ilindən 11 gün qısa olduğu üçün Ramazan ayı 2030-cu ildə iki dəfə – əvvəlcə yanvarın 5-də, sonra isə dekabrın 26-da qeyd olunacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.