Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Aktyor Novruz Qartalın doğum günüdür

Orkhan Ali 03 Mart 2025 - 18:00 (Last updated: 21 May 2025 - 20:15)
Novruz Qartal

Novruz Qartal

Bu gün Azərbaycan aktyoru, əməkdar artist Novruz Əliyevin (Qartal) doğum günüdür. AzPost xatırladır ki, aktyor 1947-ci il martın 3-də anadan olub.

Novruz Yaqub oğlu Əliyev əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb.

1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub.

1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

1989-cu ildə Bakı Bələdiyyə “Tənqid-Təbliğ” teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, hospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yarandı: “92 dəqiqə gülüş”də Xəstə, “On min dollarlıq keyf”də Dayıoğlu, “Hərənin öz ulduzu”nda Kələntər, “Dəli dünya”da tın-tın Əsəd, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər, “Bankir adaxlı”da dilənçilər padşahı, “Əlin cibində olsun”da Dilənçi, “Məhəbbət oyunu”nda Daşdəmirov, “Volqalı canan”da Müqəddəsov, “Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, “Şeytanın yubileyi”də Şirvan, “Kələkbazlar”da Əlipaşa və s.

O, 2013-cü il iyunun 25-də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.

Novruz Qartal 8 yanvar 2022-ci ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat edib. Gəncədə “İmamzadə” ziyarətgahında dəfn edilib.

Post navigation

Previous: Almaniyada avtomobili izdihamın üstünə sürdülər-
Next: Bu ərazidə binalar söküləcək

Oxşar xəbərlər

WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25

xƏBƏR

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. Təbrikdə deyilir: “Hörmətli radio və televiziya işçiləri, Azərbaycan...
Read more about Prezident televiziya və radio işçilərini təbrik edib
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.