Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşmada 70 nəfər ölüb

User 07 Mart 2025 - 11:24 (Last updated: 21 May 2025 - 20:15)
suriy

Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə bağlı silahlılar arasında baş verən toqquşmalarda 70-dən çox insan ölüb, onlarla insan yaralanıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Latakiyada silahlı hücum

“Baş Təhlükəsizlik Administrasiyasının 16 üzvü cümə axşamı Suriyanın şimal-qərbindəki Latakiyada keçmiş prezident Bəşər Əsəd qüvvələrinin tərəfdarları olan silahlı qrupların hücumları nəticəsində ölüb və ya yaralanıb”, – məlumatda qeyd edilib.

Suriyanın dövlət xəbər agentliyi SANA isə təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Əsədin silahlı qruplaşmalarına bağlı qruplar Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşlarını və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb, yaralananlar var. Bildirilib ki, hücum edənlər yaralıları təxliyə etməyə çalışan təcili yardım maşınlarına da atəş açıblar.

Bundan əlavə “Al-Jazeera” televiziya kanalının fotoqrafı Riyad Əl-Hüseyn də Cəblədəki hadisələri işıqlandırarkən yaralanıb.

Suriya Ordusunun cavabı: Latakiya və Tartusa giriş

SANA-nın məlumatına görə, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub. Qeyd edilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən bəri hərbi hakimiyyət keçmiş rejimə sadiq olanların silahlarını təhvil vermələri üçün barışıq mərkəzləri açıb. Bununla belə, bəzi fraksiyalar buna əməl etməkdən imtina edib, nəticədə bir çox əyalətdə qarşıdurmalar yaranıb.

Suriyada hakimiyyət dəyişikliyi

Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabrın 8-də Rusiyaya qaçıb, nəticədə 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejiminə son qoyulub. Əsədi devirmək üçün anti-rejim qüvvələrinə rəhbərlik edən Əhməd əl-Şaraa yanvarın 29-da keçid dövrü üçün prezident elan edilib.

Post navigation

Previous: Şeyxülislam Avropa Parlamentində Dəyirmi Masada çıxış edib
Next: Dünyanın ən yüksəksürətli qatarı Pekində sınaqdan keçirilib

Oxşar xəbərlər

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.