Dünyanın ən yüksəksürətli qatarı Pekində sınaqdan keçirilib

Sınaq sürəti saatda 450 kilometr, işləmə sürəti saatda 400 kilometr olan dünyanın ən yüksəksürətli qatarı olan CR450-nin prototipləri Pekində sınaqdan keçirilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin Sinxua agentliyi məlumat yayıb. Bildirilib ki, yeni qatarlar 2024-cü il dekabrın 29-da Pekində debüt edib. Onlar hazırda xidmətdə olan və saatda 350 kilometr sürətlə işləyən CR400 Fuxing yüksəksürətli qatarlarından əhəmiyyətli dərəcədə sürətlidir.

CR450 yüksəksürətli qatar nəzəriyyəsi, texnologiya, avadanlıq, standartlar və əməliyyat idarəçiliyində hərtərəfli sıçrayışı təmsil edir. Saatda 400 kilometrlik görünməmiş əməliyyat sürətinə çatmaq üçün mühəndislər dartma qabiliyyətini, dinamik performansı və pantoqraf sistemlərini təkmilləşdiriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.