Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Dövlət qurumunda dava düşdü – Tutulan var

Orkhan Ali 03 Aprel 2025 - 13:23 (Last updated: 21 May 2025 - 20:15)
Həbs

Həbs

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsinin əməkdaşı həbs edilib. AzPost xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.

Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.

Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava-dalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.

Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.

Hadisə ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq faktı təsdiq etdi: “Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək”.

Post navigation

Previous: Sabah müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
Next: Ağdərədə 32 il əvvəl şəhid olmuş şəxslərin qalıqları tapıldı –

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

ceyms bond pattenson
  • Şou Biznes

Pirs Brosnan yeni “Ceyms Bond”a dəstək verdi – “Möhtəşəm olacaqsan”

User 19 Noyabr 2026 - 10:44
Hollivud aktyoru Pirs Brosnan yeni Ceyms Bond obrazını canlandıracaq aktyora dəstək mesajı ünvanlayıb. Aktyor Robertə müraciətlə yazdığı...
Read more about Pirs Brosnan yeni “Ceyms Bond”a dəstək verdi – “Möhtəşəm olacaqsan”
Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilidi- Rektor təyin olunub meleyke
  • Baş Yazı

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilidi- Rektor təyin olunub

User 19 Noyabr 2026 - 10:23
Alen Simonyan gələn ay Azərbaycana gələcək simonyan
  • Dünya

Alen Simonyan gələn ay Azərbaycana gələcək

User 19 Noyabr 2026 - 10:21
Pivə içənlərə xəbərdarlıq – Ağrılı oynaq xəstəliyi riskini artırır pive
  • Maraqlı

Pivə içənlərə xəbərdarlıq – Ağrılı oynaq xəstəliyi riskini artırır

User 19 Noyabr 2026 - 10:10
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 19 Noyabr 2026 - 10:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.