Trampın rüsumları ABŞ fond birjasını “çökdürüb”

ABŞ prezidenti Donald Trampın ölkədə idxal olunan mallara ən azı 10%-lik gömrük rüsumunun tətbiq olunması ilə bağlı qərarı Nyu-York Fond Birjasının “çökməsinə” səbəb olub.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, ABŞ qiymətli kağızlar bazarı COVİD pandemiyasından bəri ən sərt tənəzzülünü yaşayır. Artıq ardıcıl ikinci gündür ki, iri şirkətlərin səhmləri ucuzlaşmağa davam edir.

Uol-Stritdə hər üç aparıcı indekslər azı 5% aşağı düşüb. Ən kəskin səhm ucuzlaşması ilə öz məhsullarını yüksək tarifli Asiya ölkələrində istehsal edən “Nike” və “Apple” kimi Amerika şirkətlərinin üzləşdiyi bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.