Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Türkiyədə yumurta iki dəfə bahalaşıb

User 08 Aprel 2025 - 14:29 (Last updated: 21 May 2025 - 20:15)
yumurta

Türkiyədə yumurtanın qiymətində kəskin artım müşahidə olunub ki, bu da son 4 ayda həmin məhsulun qiymətinin iki dəfə bahalaşması ilə nəticələnib.

2024-cü ilin dekabr ayında mağazalarda 30 ədədlik yumurta bağlaması 100-120 lirəyə satışa çıxarılırdısa, bu gün eyni miqdarda məhsulu 250 lirəyə qədər almaq olar.

“Türkiye” qəzetinin yazdığına görə, bahalaşmanın əsas səbəbi ixracın artmasıdır.

Bu vəziyyətə ABŞ hakimiyyətinin ölkədə quş qripinin yayılması ilə əlaqədar aktiv şəkildə yumurta idxal etmək qərarı daha çox təsir edib.

Son aylarda Braziliya və Cənubi Koreyanın hakimiyyət orqanları da Türkiyədən aktiv şəkildə yumurta almağa başlayıb.

Türkiyə hakimiyyəti daxili bazarda vəziyyəti sabitləşdirmək üçün martın sonunda ABŞ-a yumurta ixracını təşviq etmək məqsədilə maliyyə alətlərindən imtina edib. Bununla belə, bu, yumurta qiymətlərinin rekord həddə çatdığı ABŞ-a tədarükün yalnız qismən azalmasına səbəb olub.

Türkiyənin yumurta istehsalının həcmi ildə 20 milyardı ötür ki, bunun da 3,4-4 milyardı dünyanın 55 ölkəsinə tədarük edilir. Ən böyük idxalçılar BƏƏ, Qətər, İraq, Oman və Suriyadır. Cari ilin sonuna yumurta ixracından əldə olunan gəlirin 500 milyon dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Eyni zamanda, ABŞ ilə yeni təmaslara əsasən, bu ilin iyul ayına qədər bu ölkəyə 15 min ton yumurta tədarük edilməsi planlaşdırılır ki, bu da Türkiyəyə 26 milyon dollar gəlir gətirəcək.

Post navigation

Previous: Rusiya ilə ABŞ arasında növbəti görüş İstanbulda keçiriləcək
Next: Azərbaycan Çindən elektromobil alışını 3 dəfə azaldıb

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37

xƏBƏR

restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır

User 16 Noyabr 2026 - 15:31
Atatürk prospektində yerləşən “Kişmiş” restoranı yanır. Bu barədə AFN.az-a hadisə şahidləri bildiriblər. Yanğının hansı səbəbdən baş verdiyi...
Read more about Bakıda “Kişmiş” restoranı yanır
Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib pattenson
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs rumin xin bascisi
  • Dünya

Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs

User 16 Noyabr 2026 - 14:31
Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.