Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
market

Müasir istehlakçı alış-veriş zamanı tamamilə rasional qərarlar verdiyinə inanır. Lakin onun maliyyə qərarlarının əksəriyyəti marketinqin gizli psixoloji üsullarının təsiri altında formalaşır. Davranış psixologiyası üzrə mütəxəssislər bildirirlər ki, iri brendlər insan beyninin psixoloji zəifliklərindən fəal istifadə edərək alıcıları düşünülməmiş xərclərə sövq edirlər.

Azpost.info bildirir ki, bu barədə “Psychology Today” nəşri yazır.

Alış-veriş zamanı hansı psixoloji tələlərdən istifadə olunur?

Manipulyasiyanın əsas üsullarından biri süni şəkildə təcili ehtiyac və qıtlıq hissi yaratmaqdır. “Qara cümə” (Black Friday) kampaniyaları və müxtəlif endirimlər insanların tənqidi düşünmə qabiliyyətini zəiflədir. Alıcılar sərfəli təklifi əldən vermək qorxusu ilə əslində ehtiyac duymadıqları məhsulları da alırlar.

Oxşar üsullardan biri qiymətlər arasında süni müqayisə yaratmaqdır. Məsələn, məhsulun orta və böyük ölçülü qablaşdırmaları arasındakı qiymət fərqi cüzi görünür. Bu isə alıcını daha çox pul ödəyərək böyük həcmli məhsul almağa sövq edir.

Satışları artırmaq üçün fizioloji və hissiyyatla bağlı amillərdən də istifadə olunur. Supermarketlərdə təzə bişmiş çörəyin qoxusu insanda aclıq hissi yaradır və özünənəzarəti zəiflədir. Mağazalarda səsləndirilən asta fon musiqisi isə alıcıların rəflər arasında daha yavaş hərəkət etməsinə səbəb olur. Nəticədə onlar mağazada daha çox vaxt keçirir və məhsullarla daha uzun müddət təmasda olurlar.

Böhran dövrlərində isə emosional stress və vəziyyətə nəzarəti yenidən ələ almaq istəyi insanları düşünülməmiş alış-verişə sövq edə bilər.

Sosial təsirlər və rəqəmsal platformalardakı trendlər də istehlakçıların seçimlərinə ciddi təsir göstərir. Sosial şəbəkələrdə sürətlə populyarlaşan məhsullar və bloqerlərin tövsiyələri insanda həmin əşyaya sahib olmağın vacibliyi barədə yanlış təsəvvür yaradır. İnsanlar bəzən məhsulu real ehtiyaclarına görə deyil, müəyyən sosial qrupa aid olduqlarını göstərmək və statuslarını təsdiqləmək üçün alırlar.

Psixoloqlar vurğulayırlar ki, insanın xarici təsirlərdən tamamilə təcrid olunması mümkün deyil. Çünki qərarlar sosial mühitdən kənarda qəbul edilmir. Bununla belə, istehlakçı davranışının elmi mexanizmlərini anlamaq marketinq fəndlərini vaxtında müəyyən etməyə, şəxsi istəkləri tənqidi qiymətləndirməyə və büdcəni daha düşünülmüş şəkildə idarə etməyə kömək edir.

AzPost.az

Post navigation

Previous: Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

Oxşar xəbərlər

herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
memur33
  • Sosial

Azərbaycanda QHT-lərin yaradılması qaydası dəyişir – YENİLİK

User 16 Noyabr 2026 - 13:36
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 16 Noyabr 2026 - 13:31

xƏBƏR

market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
Müasir istehlakçı alış-veriş zamanı tamamilə rasional qərarlar verdiyinə inanır. Lakin onun maliyyə qərarlarının əksəriyyəti marketinqin gizli psixoloji...
Read more about Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ
Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib pattenson
  • Şou Biznes

Robert Pattinson yeni Ceyms Bond ola bilər – Rekord qonorar təklif edilib

User 16 Noyabr 2026 - 14:49
Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs rumin xin bascisi
  • Dünya

Azərbaycan, Ermənistan və Türkiyə eyni müzakirədə – Rumıniyadan təşəbbüs

User 16 Noyabr 2026 - 14:31
Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək herbci ermeni esir
  • Sosial

Azərbaycanlı hərbçinin məhkəməsi Zəngəzurda keçiriləcək

User 16 Noyabr 2026 - 13:59
Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır tramp elcek
  • Dünya

Trampın seçki koalisiyasında parçalanma – Respublikaçılar ondan uzaqlaşır

User 16 Noyabr 2026 - 13:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.