Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Türkiyədə keçiriləcək Sammitə dəvət olunub

User 08 Aprel 2025 - 20:53 (Last updated: 21 May 2025 - 20:15)
seyx ak01
Aprelin 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərmərə Qrupu Stareji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suveri qəbul edib.
AzPost bildirir ki, bu bardə QMİ mətbuat xidməti məlumat verib.
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri Akkan Suverin iki qardaş ölkə-Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafına verdiyi töhfələri müsbət qiymətləndirdiyini bildirib. Onunla uzun müddətdən bəri davam edən dostluğuna böyük önəm verdiyini qeyd edib, münasibətlərin gələcəkdə də faydalı olacağına inandığını deyib.
Səmimi qarşılanmaya və fəaliyyətinə verdiyi qiymətə görə QMİ sədrinə minnətdarlığını bildirən Akkan Suver Şeyxülislam həzrətlərinin dünyada dinlər və mədəniyyətlərarası anlaşmanın əldə edilməsi sahəsindəki xidmətlərini xüsusi dəyərləndirib.
Türkiyəli qonaq QMİ sədri Allahşükür Paşazadəni bu il mayın 7-8-də İstanbulda gerçəkləşəcək 28-ci Avrasiya Ekonomi Zirvəsinə dəvət etməkdən qürur duyduğunu vurğulayıb.
Bildirib ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40-cı ildönümü ərəfəsində keçiriləcək Sammitə dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilər dəvət olunub. Şeyxülislam Allahşükür Paşazadənin tədbirdə fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

Post navigation

Previous: İşdən çıxarılanların NƏZƏRİNƏ: Bu halda əmək haqqı ödənilməlidir
Next: Sosial Xidmətlər Agentliyində İNSİDENT – Saxlanılanlar var

Oxşar xəbərlər

qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.