Dövlət Reklam Agentliyinin iki tenderinin nəticəsi ləğv edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə açılq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, ləğv olunan tenderlərdən biri nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və dövri texniki xidmətlərinin alınması ilə bağlı olub. Dəyəri 131 min 705 manat olan bu satınalmanın baş tutmamasına səbəb mövcud qanunun bəzi tələblərinin pozulmasıdır.
İkinci ləğv edilən tender isə 3D çəkiliş və məlumatların emalı avadanlıqlarının satınalınmasında ibarət olub. Bu müsabiqənin dəyəri isə 457min 522 manat təşkil edib.