33 yaşlı qadın “TikTok” mübahisə etdiyi qazini bıçaqladı

Bərdədə qadın “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

AzPost bildirir ki, “Qafqazinfo”nun məlumatına görə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova sözügedən sosial şəbəkədə mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq xəsarəti yetirib.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T. Hüseynova isə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəsarət alan şəxsin vətən müharibəsi qazisi olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.