Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34 (Last updated: 13 Noyabr 2026 - 19:37)
haker telebe

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb olunması ilə bağlı müraciətlər daxil olub.

Baş İdarə tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib. O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib.
Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir daha hər kəsə sosial şəbəkələrdə şəxsi foto və video görüntülərini paylaşarkən diqqətli olmağı, hesablarının məxfilik parametrlərini düzgün tənzimləməyi və fərdi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edirik.
Qeyd edək ki, vətəndaşlara məxsus foto və video görüntülərdən süni intellekt texnologiyaları vasitəsilə icazəsiz istifadə edilərək saxta, təhqiramiz və rüsvayedici materialların hazırlanması, sosial şəbəkələrdə yayılması, eləcə də onların silinməsi müqabilində pul tələb olunması cinayət məsuliyyəti yaradır. Bu cür qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi hüquqi tədbirlər görülür və törədilən əməlin xarakterindən asılı olaraq azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

 

AzPost.az

Post navigation

Previous: Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah
Next: Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

Oxşar xəbərlər

turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02

xƏBƏR

restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
Restoranlarda istifadə olunan stəkan və çəngəl-bıçaqların parıltısını qorumaq üçün düzgün yaxalama, az miqdarda yuyucu vasitədən istifadə və...
Read more about Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar
Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah omikron xeste
  • Sosial

Pnevmoniya ilə bağlı 3 yanlış fikir – Həkimlərdən izah

User 13 Noyabr 2026 - 19:31
Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23
Sabit işi olmayanlar necə varlana bilər? – Maliyyə azadlığına aparan 4 addım varli esas
  • Maraqlı

Sabit işi olmayanlar necə varlana bilər? – Maliyyə azadlığına aparan 4 addım

User 13 Noyabr 2026 - 19:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.