Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Özəl xəstəxanaları seçmək hüququ yalnız xəstəyə məxsusdur –

User 13 Aprel 2025 - 11:10 (Last updated: 21 May 2025 - 20:15)
tibbi sığorta

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb. Bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.

Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.

Bundan əlavə, vətəndaşların nəzərinə çatdırırıq ki, özəl tibb müəssisələrində xidmət almaq üçün SMS mətndə sizə təqdim olunan göndəriş kodu fərdi məlumatdır. Bu kod yalnız müraciət edəcəyiniz özəl xəstəxanaya təqdim olunmalıdır.

Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir.

Vətəndaşların göndəriş əsasında özəl tibb müəssisələrində xidmət almaları barədə tam və düzgün məlumatlı olmaları onların icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən maneəsiz və effektiv şəkildə yararlanmaları üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də sui-istifadə hallarının qarşısının alınması və pasiyent hüquqlarının qorunması baxımından vacibdir.

Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün https://its.gov.az/ saytına keçid edə, əlavə suallarınız yaranarsa, 1542 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

https://its.gov.az/page/agentliyin-muqavile-bagladigi-tibb-muessiselerinin-siyahisi

Post navigation

Previous: Dövlət və özəl sektorda nə qədər adam işləyir?
Next: Bu sığorta təşkilatının lisenziyası ləğv edilib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.