“Özündə olmayıb” üç dəfə oğurluq etdi

Şəki İnzibati Məhkəməsi
Şəki İnzibati Məhkəməsi

Üç epizod üzrə oğurluq cinayətində təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı hadisəni törədərkən özündə olmadığını bildirib.

Qaynarinfo xəbər verir ki, X.C. Səbail rayonunda iki fərdi yaşayış evindən oğurluq edib. Birinci hadisədə o, 600 manat dəyərində qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən mənzilin sahibi ilə üzləşib və onu itələyərək yerə yıxıb.

İkinci hadisədə isə 3700 manat pul oğurlayıb. X.C. əvvəlcə hasardan tullanaraq həyətə daxil olub. Daha sonra isə həyətdən tapdığı əşya ilə mətbəxin pəncərəsini sındırıraraq evə daxil olub.

Üçüncü oğurluq hadisəsi isə “İdea” ictimai çimərliyində baş verib. X.C. avtomobillər üçün ayrılmış duracaqda saxlanılımış “QazEl” markalı maşından 685 manat pul oğurlayıb.

Cinayət işinin məhkəmə istintaqında X.C. bildirib ki, pul və qızlları nə etdiyini xatırlamır. O, ümumiyyətlə hadisələri törədərkən özündə olmadığın deyib. Bununla belə, X.C. verilmiş ittiham üzrə özünü təqsirli bilib.

O, məhkəmənin hökümü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.