“ABŞ Rusiya və Ukrayna arasında sülhə vasitəçilik cəhdlərindən əl çəkməyə hazırdır”.
AzPost bildirir ki, bu sözləri dövlət katibi Rubio bəyan edib.
“Bir neçə gün ərzində sülh razılaşmasının əldə oluna biləcəyinə dair aydın əlamətlər olmasa, ABŞ Rusiya və Ukrayna arasında sülhə vasitəçilik cəhdlərindən əl çəkməyə hazırdır”-deyə o bildirib.
Rubio deyib ki, Prezident Donald Tramp hələ də razılaşmada maraqlıdır: “Lakin onun dünyada bir çox başqa prioritetləri var. Rusiya-Ukrayna müharibəsinin sona çatmasında irəliləyiş əlaməti olmasa, başqa məsələlərə keçməyə hazırdır”.