Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə yeni sektor müdiri təyin olunub.
AzPost bildirir ki, bu vəzifəyə İlqar Nəbiyev təyin olunub.
Qeyd edək ki, İlqar Nəbiyev 2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. İ.Nəbiyev daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib.
İlqar Nəbiyev 2020-ci ilin mayından MM Aparatının Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri kimi çalışıb. Onun əvvəl tutduğu vəzifəyə isə həmin şöbənin əməkdaşı İlqar Nuri təyin olunub.