Roma Papası Fransisk 88 yaşında komaya və ürək dayanmasına səbəb olan insultdan vəfat edib.
Trend-in məlumatına görə, bu barədə rəsmi tibbi rəydə bildirilib.
Məlumata görə, ölüm 2025-ci il aprelin 21-də səhər saatlarında Vatikandakı mənzillərində qeydə alınıb.
Bundan əvvəl ikitərəfli pnevmoniya, çoxsaylı bronxoektaz və hipertoniya ilə kəskin tənəffüs çatışmazlığı müşahidə olunub.