HƏMAS Qəzzaya nəzarətdən imtina etməyə hazır olduğunu bildirib

Fələstinin HƏMAS hərəkatı münaqişənin həllindən sonra Qəzza sektoruna nəzarətdən imtina etməyə hazır olduğunu bildirib.

Bu barədə hərəkatın silahlı qanadı tərəfindən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman vasitəsilə ABŞ

Prezidentinin xüsusi elçisi Stiven Uitkoffa çatdırılan mesajda deyilir.

“HƏMAS, həmçinin, İsraillə uzunmüddətli atəşkəsə və müharibəni sona çatdıracaq razılaşmanın bir hissəsi kimi bütün əsirləri azad etməyə hazır olduğunu bildirib”, – deyə məlumatda qeyd olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.