“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi itlər üçün aksesuarın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 107 937 AZN olub. (Pravda)