Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ölkədə nə qədər qan donoru var?

User 27 Aprel 2025 - 15:50 (Last updated: 21 May 2025 - 20:15)
donor

Son illərdə ölkəmizdə qan donorluğunun inkişafı sahəsində mühüm irəliləyişlər müşahidə olunur. 2023-cü ildə Bankın mərkəzi və 8 regional bölməsinə müraciət edən donorların sayı 93 min nəfər təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici əhəmiyyətli artım nümayiş etdirərək 124.148 nəfərə çatıb.

AzPost bildirir ki, bu sözləri Trend-ə müsahibəsində Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.

O bildirib ki, qanvermə prosesi Azərbaycan qanunvericiliyinə uyğun olaraq könüllülük prinsipi əsasında təşkil edilir:

“Respublika Qan Bankı tərəfindən donorluğun təşviqi məqsədilə dövlət qurumlarında, özəl təşkilatlarda, ali təhsil müəssisələrində və tibb ocaqlarında mütəmadi olaraq maarifləndirici tədbirlər və qanvermə aksiyaları keçirilir. İctimaiyyətin bu aksiyalara göstərdiyi fəal iştirak donor hərəkatının davamlı inkişafına güclü təkan verib.

Hazırda Respublika Qan Bankı tədbirlər planı çərçivəsində fəaliyyətini sistemli şəkildə davam etdirir. Əsas məqsəd yalnız donor sayının artırılması deyil, eyni zamanda, qan donorluğunun cəmiyyət arasında sosial məsuliyyət və humanizm dəyəri kimi möhkəmləndirilməsidir”.

Elxan Nağıyev qeyd edib ki, donorluq təşəbbüslərinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun dəstəyi xüsusi əhəmiyyət daşıyır.

“Respublika Qan Bankı qarşıdakı illərdə donor bazasının daha da genişləndirilməsi, qan xidmətinin regionlarda gücləndirilməsi və müasir tələblərə cavab verən infrastrukturun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına əsas hədəf kimi qoyub.

“Bir damla qan – bir ömür həyat” fəlsəfəsi ilə fəaliyyət göstərən Respublika Qan Bankı, həyatın qorunması uğrunda ölkəmizin ən böyük könüllü hərəkatına liderlik edir”, – deyə o əlavə edib.

Post navigation

Previous: Amerikalılar Trampın prezidentliyini dəstəkləyir -SORĞU
Next: 3 ayda ölkəyə 10 milyon dollarlıq qarğıdalı idxal edilib

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.