Rusiya prezidenti Vladimir Putin şəxsən KXDR lideri Kim Çen Ina və Şimali Koreyanın bütün rəhbərliyinə Kursk bölgəsindəki döyüşlərdə koreyalı hərbçilərin köməyinə görə təşəkkür edib.
AzPost bildirir ki, bu barədə Kremlin rəsmi açıqlamsında deyilir.
Vladimir Putin qeyd edib ki, Şimali Koreya bölmələri beynəlxalq hüquqa tam riayət etməklə Rusiyaya Ukrayna ordusunun işğalını dəf etməyə kömək edib.
“Rusiya xalqı Koreyanın xüsusi təyinatlı əsgərlərinin şücaətini heç vaxt unutmayacaq. Biz Rusiya uğrunda, ümumi azadlığımız uğrunda canlarından keçmiş koreyalı qəhrəmanları həmişə rus silahdaşları ilə bərabər hörmətlə anacağıq”, – Kremlin mətbuat xidməti dövlət başçısından sitat gətirib.
Prezident Koreya hərbçilərinin yüksək hazırlığını və fədakarlığını qeyd edib.
Aprelin 26-da Rusiya Ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov prezidentə hesabatında KXDR-in Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda köməyini xüsusi qeyd edib. Aprelin 28-də KXDR Mərkəzi Hərbi Komissiyası təsdiqləyib ki, Kim Çen Inın qərarına əsasən, Koreya qoşunları Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Kursk vilayətinə göndərilib. Qərar Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş əsasında qəbul edilib.
Pxenyanda Kursk vilayətində həlak olan hərbçilərin xatirəsinə hərbi şöhrət abidəsi ucaldılacaq.