“Tamstore”da müdir xanım işçini döydü –VİDEO

Tamstore
Tamstore

Bir neçə gün əvvəl Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Tamstore” mağazalar şəbəkəsində döyülmə hadisəsinin baş verdiyi iddia olunur.

Milli.Az xəbər verir ki, bununla bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətçi Elmira Aslanovanın sözlərinə görə, mağazada onu döyüblər:

“Mən dəfələrdə xahiş elədim rəhbərlikdən ki, mənim yerimi mümkündürsə, dəyişsinlər. Amma işlədiyim 1 il ərzində bu baş tutmadı. Mənimlə birlikdə işləyən xanım isə heç bir işdə mənə kömək etmirdi. Bunu ona bildirəndə isə mənə deyirdi ki, müdir mənim daydayımdı, arxamda durub. Bu isə mənə artıq əsəb verirdi. Bütün işləri təkbaşıma edirdim. Mən yerdəyişmə ilə bağlı mağaza müavininə bildirəndə mənə ofisə yaxınlaşmalı olduğumu dedilər. Ofisə yaxınlaşıb şikayətimi bildirəndən sonra hər şey daha da qarışdı. Belə ki, ofisdən qeyd edildi ki, bu mağaza daxili məsələdir. Mağazada isə müdir bunu biləndən sonra məni təhqir elədi, nalayiq ifadələr işlətdi. Mən səs yazmağa başlayanda isə səs tonunu azaltdı. Mənim telefonumu məcbur əlimdən alıb, videonu, səsi silməyə çalışdılar. Amma mən telefonu götürüb qaçmağa çalışdım. Müdir isə bu an məni boğazımdan rəflər olan divara sıxaraq mənə xəsarət yetirdi, mağazadan qaçmağa çalışanda telefonum da yerə düşdü. Onlara görə zədə alan tək mən yox, əşyam da oldu”.

Məsələ ilə mağaza müdiri Mirdamət Məmmədovla Milli.Az-a açıqlama verib.

Sözügedən məsələ ilə bağlı mağaza rəhbərliyi bütün baş verənləri təkzib edib.

“Elmira xanımın mühafizənin üstünə hücum çəkəndə mən onu tutdum. Mübahisənin nə üstə olduğunu bilmirəm, Elmira xanım sadəcə öz-özlüyündə düşünürdü ki, mən onu işdən çıxartmaq istəyirəm. Mən ona xəsarət yetirməmişəm. Ona mağazada heç kim xəsarət yetirməyib. Videogörüntülərdə sadəcə onu tutub saxlamışam. Sonra Elmira xanım yıxıldı, mən də ehtiyatsızlıqdan onun üstünə yıxılmışam”.

Qeyd edək ki, faktla bağlı polis araşdırmalara başlayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.