“Skype” fəaliyyətini dayandırdı

Bu gündən “Microsoft” şirkəti “Skype” platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.

Şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcəyi qeyd olunub.

Qeyd edək ki, “Skype” platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.