Tramp Ukrayna münaqişəsində vasitəçilik üçün Ərdoğana müraciət edib

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsinin nizamlanması üçün vasitəçilik etməsini istəyib.

“Hürriyet” qəzetinin yazdığına görə, Rəcəb Tayyib Ərdoğan həm Ukrayna Prezidenti Vladimir Zelenski, həm də Rusiya lideri Vladimir Putin ilə danışıqlar apara bilər. “Əgər Ukrayna Böyük Britaniya və ABŞ-ın təzyiqi ilə danışıqlar masasını tərk etməsəydi, Türkiyə müharibənin ilk üç ayı ərzində sülhə nail ola bilərdi”, – deyə məqalədə vurğulanıb.

Türkiyə mediasının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarının təklifinə müsbət cavab verib.

Qeyd edək ki, bir müddət öncə, mart ayında Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti ilə telefon danışığında Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində səylərini dəstəklədiyini bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.