Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
pasinyan parlament

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsinin ölkəsinin əsas vəzifəsi olduğunu bildirib. O, müxalifətin Azərbaycan və Türkiyə ilə münasibətləri daxili siyasi müzakirələrin əsas mövzusuna çevirməsini tənqid edib və Ermənistanın məhz qonşuları ilə sülh qurmalı olduğunu vurğulayıb.

Paşinyan noyabrın 18-də parlamentdə keçirilən hökumət saatında çıxışı zamanı deyib ki, müxalifət daxili siyasi diskussiyalarda narazılıq yaratmaq üçün daim Azərbaycan və Türkiyədən, bu ölkələrin prezidentlərindən danışır.

Baş nazirin sözlərinə görə, bu yanaşma Ermənistanın əvvəlki düşüncə tərzinin nəticəsidir. Çünki əvvəllər sülhdən danışarkən, faktiki olaraq, uzaq ölkələrlə münasibətlər nəzərdə tutulurdu, halbuki sülhün əldə olunmalı olduğu əsas tərəf müzakirələrdən kənarda saxlanılırdı: “Biz sülhdən danışanda, şərti olaraq, hansısa uzaq ölkələri nəzərdə tuturduq. Yəni sülhü, sülh qurmalı olduğumuz tərəfdən başqa, bütün ölkələrlə müzakirə edirdik. Həmin tərəf proseslərimizdən kənarda qalırdı, hətta onunla ünsiyyət qurmaq belə problem sayılırdı”, – Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistan rəhbərliyi xarici səfərlərdən qayıdaraq xalqına Avstraliya, Braziliya və Argentina ilə möhkəm və dönməz sülh qurulduğu barədə “xoş xəbərlər” verirdi.

Paşinyan hesab edir ki, bu yanaşmada əsas məqam diqqətdən kənarda qalırdı: Ermənistanın əsas vəzifəsi öz qonşuları – Azərbaycan və Türkiyə ilə sülh yaratmaqdır. “İndi isə bizim ənənəmizdə və düşüncə tərzimizdə bu olmadığı üçün deyirlər: görün, Avstraliya və Braziliya kimi gözəl ölkələri qoyub, onlarla sülh qurmaq əvəzinə, Azərbaycanla sülh yaratmağa gedirlər”, – deyə baş nazir müxalifətin mövqeyini şərh edib.

“Biz Avstraliyada yaşayırıq?”

Ermənistanın baş naziri Azərbaycanla əməkdaşlıqda bir-birini ittiham edən qüvvələrin bu cür yanaşmalarına uymamağa çağırıb. “Biz indi burada yaşayırıq, yoxsa Avstraliyada? Bilirsiniz ki, Sovet İttifaqı dövründə belə bir fikir var idi: gəlin, Avstraliyada bizə torpaq sahəsi ayrılması üçün müraciət edək, axırda ora köçüb sülh içində yaşayaq. Çünki burada sülh içində yaşamaq bizim ənənəmiz deyil, ağılsızlıqdır və təminatlı deyil”, – Paşinyan deyib.

O vurğulayıb ki, Ermənistan Azərbaycan və Türkiyə ilə, ilk növbədə isə qonşuları ilə danışır, işləyir, danışıqlar və müzakirələr aparır. Çünki sülh məhz bu ölkələrlə qurulmalıdır. “Yeni Zelandiya ilə möhkəm və dönməz sülh yaratmaq üçün xüsusi istedada ehtiyac yoxdur”, – deyə Paşinyan fikrini yekunlaşdırıb.

AzPost.az

Post navigation

Previous: İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

Oxşar xəbərlər

mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57
putin tramp
  • Dünya

Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO

User 18 Noyabr 2026 - 16:42

xƏBƏR

pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsinin ölkəsinin əsas vəzifəsi olduğunu bildirib. O, müxalifətin Azərbaycan...
Read more about “Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00
Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi? paşinyan
  • Dünya

Ermənistan TRIPP layihəsinin icrasına başlayır – Paşinyan nə dedi?

User 18 Noyabr 2026 - 16:57
Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO putin tramp
  • Dünya

Putin və Tramp Çində ayaqüstü söhbət edib – VİDEO

User 18 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.