Tramp Hindistan və Pakistan arasında müharibəni dayandırdığını bəyan edib

ABŞ prezidenti Tramp Hindistan və Pakistan arasında müharibəni dayandırdığını bəyan edib.

AzPost bildirir ki, Tramp bu barədə özünün  sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, uzun sürən gecə danışıqlarından sonra hər iki tərəf tam atəşkəsə razılaşıb.

“Hər iki ölkəni sağlam düşüncə və böyük zəkanı seçdikləri üçün təbrik edirəm”, – Trampın paylaşımında deyilir.

Mayın 10-da səhər saatlarında Pakistan Hindistan təcavüzünə cavab olaraq “Banyan-ul-Marsoos” (“Güclü Divar”) adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Zərbələrin hədəfi Hindistanın hava bazaları və səsdən sürətli raket anbarı olub. Hindistan rəsmiləri Pakistanın hücumları ilə bağlı hər hansı ziyanı inkar ediblər.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.