Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Prezident sosial xidmətlərin sayını artırdı

User 12 May 2025 - 10:36 (Last updated: 21 May 2025 - 20:43)
sosial xidmet
Prezident təsdiq etdi: Sosial xidmətlərin sayı artırıldı.
Azərbaycan Prezidenti “Sosial xidmət haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin
səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsidir.
Qanun eyni zamanda sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır. Sözügedən Qanunun 19-cu maddəsinə edilən dəyişiklik sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq. Belə ki, əvvəllər Qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırırdı.
Qanunda edilən dəyişikliyə əsasən isə “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinə birbaşa təsir göstərəcək.
Qanuna edilən vacib dəyişliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və eləcə də ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunması və bu xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradılmasıdır. Bu da sözügedən kateqoriya vətəndaşlarımızın hammısının sosial xidmətlər ilə əhatə olunmasına gətirib çıxaracaq.
Yeni dəyişikliklər ilə subyektlər arasında müqavilə bağlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər göstəriləcək. Əvvəllər yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutlmuşdur.
Əvvəlki qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilirdi. Yeni dəyişikliklərədək sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu. Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib. Bu çətin həyat şəraitində olan bütün şəxslərin həmin xidmətdən istifadəsinə imkan yaradacaq.
Göründüyü kimi, Qanuna edilən dəyişkiliklər sosial xidmətlərin sayını, əhatə dairəsini genişləndirməklə yanaşı, dövlət vəsaiti hesabına daha çox xidmətlərin göstərilməsinə imkan yaradacaq.
Vüqar BAYRAMOV
Milli Məclisin deputatı 

AzPost.az

Post navigation

Previous: PKK özünü buraxdığını bəyan edib –
Next: Sumqayıtda insan alveri və məişət zorakılığı qurbanları üçün sosial xidmətlər göstəriləcək

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.