5 ildə 365 nəfər elmlər doktoru olub

2019- 2024-cü illərdə 365 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev deyib. O bildirib ki, həmin şəxslər ümumilikdə azı 4420 elmi məqalə təqdim ediblər.

“Onlardan da azı 1521 məqalə beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnallarda yayımlanıb. Bu rəqəmlər elmlər doktorluğu institutunun ölkə elminə verdiyi konkret və ölçüləbilən töhfəni nümayiş etdirir”, – deyə Famil Mustafayev qeyd edib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.