Görkəmli kino aktyor Robert De Niro 78-ci Kann Film Festivalına gəlib.
AzPost bildirir ki, iştirakçılar onu sürəkli alqışlarla qarşılayıblar.
Robert De Niro Kann Film Festivalının açılış mərasimində fəxri Qızıl Palma budağı ilə təltif olunub.
Mükafatı səhnədə kino tarixində iz qoymuş başqa bir aktyor Leonardo Di Kaprio təqdim edib.