Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Büdcə pulları yalnız reytinqi olan banklara yerləşdiriləcək –

User 19 May 2025 - 10:28 (Last updated: 21 May 2025 - 20:34)
1741953878_manatlar

Maliyyə Nazirliyi dövlət büdcəsinin sərbəst vəsaitlərinin yalnız iri banklarda yerləşdirilməsinin səbəbini açıqlayıb.

Maliyyə Nazirliyindən bildirilib ki, vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi müvafiq qaydalarla tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il 6 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları”nın tələblərinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı Azərbaycan Respublikasında bank lisenziyasına malik kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə beynəlxalq kredit reytinqini almış ən iri beş kredit təşkilatında müddətli depozitlərə yerləşdirilə bilər.

Bildirilib ki, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır.

Nazirlikdən əlavə edilib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcək.

Xatırladaq ki, Maliyyə Nazirliyi indiyə kimi iki depozit hərracı keçirib. Bu hərraclarda bir və üç aylıq yerləşdirmə ilə ümumilikdə 1,5 mlrd. manat həcmində sistem əhəmiyyətli banklara depozit yerləşdirilib. Mərkəzi Bankın son reyestrinə əsasən Azərbaycanda sistem əhəmiyyətli banklar ABB, “Kapital Bank”, “PAŞA Bank”, “Bank Respublika” və “Unibank”dır. AMB aprel ayında sistem əhəmiyyətli banklar siyasıhında dəyişiklik edib və “Xalq Bank”ı “Unibank”la əvəzləyib.

AzPost.az

Post navigation

Previous: Həftə sonu kartlardan 10 min manatdan çox pul oğurlanıb
Next: Bu küçədə sürücülər piyadaların yolunu bağlayıb

Oxşar xəbərlər

avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti düşdü – Azərbaycanda qiymətlər ucuzlaşacaq?

User 18 Noyabr 2026 - 10:39
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.