“Putin Ukraynadakı müharibəni dayandırmağa hazır deyil” –Trampdan Avropa liderlərinə etiraf

Tramp
Tramp

Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa hazır deyil.

AzPost bildirir ki, bu barədə  “The Wall Street Journal” (WSJ) üç mötəbər mənbəyə istinadən xəbər verib.

Donald Tramp bazar ertəsi telefon danışığında Avropa liderlərinə deyib ki, Putin qalib gəldiyinə əmin olduğu üçün Ukraynadakı münaqişəni dayandırmağa hazır olmadığını bildirib.

Qəzet qeyd edir ki, Avropa liderləri buna çoxdan inanırlar, lakin ilk dəfədir ki, Amerika prezidentindən belə bir bəyanat eşidirlər.

WSJ xəbər verir ki, Tramp zahirən Rusiya prezidentinin münaqişəni dayandırmağa hazır olmadığı qənaətinə gəlsə də, o, görməli olduğu işi – yəni Rusiya ilə mübarizədə səylərini ikiqat artırmaq barədə danışmayıb.

WSJ xəbər verir ki, bazar ertəsi telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak edib.

Bu, təxminən 10 gün əvvəl başlayan və Rusiya prezidentinə təzyiq göstərmək üçün məqsədi daşıyan Avropa diplomatik hücumunun kulminasiya nöqtəsi saymaq olar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.