Ermənistanın 2-ci prezidenti və separatçıların keçmiş lideri Robert Köçəryan bu yaxınlarda qısamüddətli səfərlə Moskvaya səfər edib.
AzPost bildirir ki, bu barədə erməni “Hraparak” qəzeti yazır.
Koçaryan Rusiyada erməni istiqamətini idarə edən kuratorlarından biri ilə danışıqlar aparıb. Paşinyanın mümkün impiçmenti məsələsi müzakirə olunub.
Mayın 19-da Köçəryan mətbuat konfransı keçirərək Ermənistanın siyasi həyatında tezliklə çox şeyin dəyişəcəyini bəyan edib.
Siyasi müşahidəçilərin fikrincə, Köçəryan siyasi fəaliyyətini bərpa etməyə çalışsa da, çoxdan heç kimi maraqlandırmayan siyasi meyitə çevrilib.