Rusiyada miqrantlara birdən çox SİM karta sahib olmaq qadağan edilə bilər.
AzPost bildirir ki, Dövlət Duması miqrantların birdən çox telefon nömrəsinə malik olmasını məhdudlaşdıran qanun layihəsi hazırlayıb.
Bundan əlavə, qeydiyyat yalnız SNILS nömrəsini təqdim etmək, şəxsiyyəti təsdiq edən sənədi göstərməklə olacaq. Bu zaman biometrik məlumatları təqdim etmək, mağazaya şəxsən gəlmək tələb olunur.