Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Romada Eldar Mansurovun musiqisinə həsr olunmuş konsert keçirilib

User 29 May 2025 - 20:30 (Last updated: 29 May 2025 - 20:30)
eldar01
28 may 2025- ci il tarixində Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Romada, Auditorium Conciliazione konsert zalında Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin təşkilatçı dəstəyi ilə Xalq artisti, bəstəkar Eldar Mansurovun əsərlərindən ibarət simfonik konsert təşkil olunub.
Konsert proqramında bəstəkarın 11 simfonik əsəri səsləndirilib. Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə təqdim olunan musiqi əsərlərində milli motivlər klassik musiqi ilə birləşərək tamaşaçılara zəngin musiqi təcrübəsi yaşadıb.
Tədbirdə diplomatik nümayəndəliklərin üzvləri, musiqi xadimləri, İtaliyada yaşayan azərbaycanlılar və yerli tamaşaçılar olmaqla təxminən min nəfər iştirak edib.
Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq dinləyicilərə və tədbir iştirakçılarına minnətdarlığını bildirib, həmçinin Müstəqillik Günü münasibəti ilə bütün soydaşlarımızı təbrik edib:
“Bu gün mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Musiqimlə Azərbaycanın müstəqilliyini Romada qeyd etmək həm məsuliyyətli, həm də qürurvericidir. Bu unudulmaz gecənin təşkilində əməyi keçən hər kəsə və bizi dinləməyə gələn tamaşaçılara minnətdarlığımı bildirirəm.”
Bu konsert Azərbaycan musiqisinin beynəlxalq arenada tanıdılması və Azərbaycan-İtaliya mədəni əlaqələrinin möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

AzPost.az

Post navigation

Previous: Döyülən azyaşlının atası: “Evimə gəlib pul təklif etdilər”
Next: “AzToyuq”da vergi yoxlaması: Pozuntular aşkarlandı

Oxşar xəbərlər

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.